fairex.az
ENG
RUS
24.11.2017
İlk speleoloji ekspedisiya
 22/10/2010 

 17-18 oktyabr tarixlərində Federasiyanın ekspedisiya qrupu Quba rayonunun Qalayxudat kəndi yaxınlığındakı Kam qayalıq massivinin tədqiqatı istiqamətində kəşfiyyat işləri aparmışdır.

 Tədqiqat prosesində şimal ekspozisiyasında yerləşən çoxsaylı zağalara baxılmış, boulderinq qayayadırmanma üçün perspektiv qaya divarları aşkar olunmuşdur. 16 oktyabrda Federasiyanın ekspedisiya qrupu Quba rayonunun Qalayxudat kəndinə yola düşmüşdür. Onun ətrafında 200 metrlik dik qaya çıxıntıları ilə kəndə tərəf qırılan böyük Kam qayası yerləşir. Ümidvar idik ki, bu qayanın içində mağaralar gizlənir.
2 günlük müşahidələr nəticəsində qrup tərəfindən qaya massivində yerləşən 15-dən artıq zağa müəyyən olunmuşdur. Təəssüf, müşahidələr göstərdi ki, bu zağalar heç də dərin deyilmiş. Onlar yanaşılması çox rahat olan yaylaqların yaxınlığında yerləşirdi. Uzunluğu 10 metrə yaxın olan zağalardan birində gövdəgözlülər fəsiləsinə aid, zağaların divarlarındakı şibyələrlə qidalanan ilbizlərin yaşadığı aşkar olundu.
4-cü zağada ümidverici şəkildə genişlənən dar giriş tapıldı. Lakin zağanın davamı görünmürdü.
Qalanları arasında daha çox ümumi uzunluğu 40 metrdən çox olan, 3 zaldan ibarət 8 nömrəli zağa-mağara seçilirdi. Həmin boşluqda orada daimi yaşayan insanların, onların mədəni qalıqlarının, girişdə isə heç bir bərkidici məhluldan istifadə etmədən hörülmüş yarıdağılmış vəziyyətdə olan daş hörgünün izləri var idi.
“Daşdan-daşa hoppanaraq, mən arxasında naməlum bir mağaranın ola biləcəyi mamırla örtülmüş hər bir qayanın, çatın altından əyilib keçirdim. Necə nankor, ağır, darıxdırıcı və ən əsası da faydasız bir əməkdir. Heç nəyi gözdən qaçırmadan diqqətlə yerin səthinə baxmaq, yerin heç bir əyriliyini, heç bir daş yığınını nəzərdən qaçırmadan bütün uçqunlara enmək lazımdır....” bunu məşhur fransız spelioloqu N.Kastere “Sonsuzluq çağırışı” adlı məşhur kitabında yazırdı.
Təəssüf ki, 2 günlük bəhrəsiz axtarışlardan sonra qrup üzvləri də özlərini məhz belə hiss edirdilər.
Məhz buna görə də, Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarının tapılması əsl hədiyyə oldu. Qayaların hündürlüyü burada 15-20 metrə yaxın idi, ətəklərdə çadır düşərgələri salmaq üçün çox əlverişli hamar yaşıl meydançalar, yuxarıdan baxdıqda isə ən asanından ən çətininə qədər müxtəlif çətinlik dərəcəsinə malik olan marşrutlar tapmaq imkanı görürsən. Bütün bunlar bu yerlərin nəinki məşqlər üçün, həmçinin beynəlxalq yarışlar da daxil olmaqla ən yüksək səviyyəli boulderinq yarışları üçün çox əlverişli olduğunu göstərirdi.

 

 

 

Oxunub: 3687
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Bouldering) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boulderinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 3 Onlayn
» 203 Gün
» 1065 Həftə
» 4646 Ay
» 5196 İl
» 5196 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub