Onlar avarla belə riskli səyahət edən ilk qadınlar olublar. 3 aydan az olmayan müddət ərzində qorxu bilməz qadınlar 3100 dəniz mil qət edərək, 19 aprel Qərbi Avstraliyadakı Ceraldton limanından başlanan səyahətlərini 13 iyul Afrika materikinin şərq sahilində yerləşən Mavriki adasında başa vurmuşlar. Maraqlıdır ki, fransız qadınları kişilərin rekordunu da qırmağa nail olmuşdular. 3 il bundan əvvəl analoji marşrutu avarla 2 britaniyalı keçmişdir. Onların nəticəsi 102 gün idi. 2006-cı ildə digər qadın dueti artıq Hind okeanını fəth etmişdi, lakin onlar keçidi yelkənli qayıqla 60 günə həyata keçirmişdilər. |