fairex.az
ENG
RUS
21.11.2017
Dırmanma yarışlarının və IFSC-nin inkişaf tarixi

 İlk dırmanma yarışları 40-cı illərin sonlarında keçmiş SSRİ-də təşkil olunmuşdur. Bu yarışlar sürət dırmanmasına yönəlmişdi və əksərən sovet idmançılarını əhatə edirdi.

       1985-ci ildə İtaliyada, Torinodan çox da uzaq olmayan Olimpiya şəhəri Bardonecchiada Andrea Melano və idman jurnalisti Emanuele Cassara bütün tanınmış dırmanıcıları Valle Stretta-da təbii qayalıqlar olan ərazidə “SportRoccia” adlanan bir tədbirə topladı. Bu təşkil olunmuş ilk çətinlik dırmanması (lead) yarışı və müasir İdman Dırmanması üçün yeni dövrün başlanğıcı idi. Minlərlə tamaşaçı alman atlet Stefan Glowacz-ın qələbəsini heyrətlə izlədi.

 

          1986

          Tədbirin uğuru 1986-cı ildə də təkrarlandı, bu dəfə isə ikinci SportRoccia yarışları Arco di Trento-da keçirildi. Final yarışlarında məşhur fransız dırmanıcı Patrick Edlinger və həmyerlisi Catherine Destivelle qalib gəldi. Bu yarışları yeddi avropa televiziyası və çox saylı mediya da daxil olmaqla 10000 nəfər izlədi.

          Həmin il Fransa Federasiyası ilk qapalı zal dırmanma yarışını Lion şəhərinin kənarında, Vaulx-en-Velin adlanan yerdə təşkil etdi. Əksər dırmanıcılar, hətta ilk vaxtlar istəksiz çıxış edənlər də dırmanmanın bu yeni növünə maraq göstərməyə başladılar və bununla da İdman Dırmanmasının potensial gələcəyi aydın oldu.

          1988 – 1989

          Beynəlxalq mərhələdə - Fransa Federasiyası və Paul Brassetin rəbərlik etdiyi hərəkat UIAA-nı razı salmağa çalışırdılar ki, beynəlxalq səviyyədə Dırmanma Yarışlarını davamlı keçirilməsini rəsmi olaraq tanısın. 1988-ci ildə Dünya Seriyasına əlavə olunduqdan sonra 1989-cu ildə Sürət və Çətinlik növləri üzrə ilk Dünya Kuboku keçirildi. Nəticədə Brasset UIAA-nın tərkibində bir təşkilat yaratdı. Hansı ki, rəsmilərin ( məşqçi və hakim) və qaydaların hazırlanmasına cavabdeh idi.

1990 90-cı illərin əvvəllərində Avropada, Yaponiyada və ABŞ-da bir neçə böyük tədbir təşkil olundu. Bu illər ərzində qərar verilir ki, ətraf mühitə təsiri aradan qaldırmaq üçün beynəlxalq dırmanma yarışları ancaq süni divarlarda keçirilsin.

          1991

          İlk Dünya Çempionatı 1991-ci ildə Almaniya, Frankfurtda təşkil edildi və hazırda hər iki ildən bir keçirilir.

          1992

          İlk Dünya Gənclər Çempionatı 1992-ci ildə İsveçrə, Basel-də təşkil olundu. Çoxsaylı iştirak gənclər arasında İdman Dırmanmasının nə qədər populyar olduğunu göstərdi. Hazırda hər il keçirilir.

          1997

          1997-ci ildə idmanın kifayət qədər muxtariyyətini təmin etmək, inkişaf və böyüməyə lazımlı alətləri təmin etmək üçün UIAA-nın daxilində yeni bir quruluş ICC ( Dırmanma Yarışlarının Beynəlxalq Şurası ) yarandı.

          1998

          1998-ci ildə Boldrinq yeni dırmanma növü olaraq rəsmi təqdim edildi. Sınaq üçün keçirilən “Top Rock Challende” adlanan yarışın uğurunu 1999-cu ildə Dünya Kubonun təşkili izlədi.

2000 İdman növü rəsmi tədbirlərdə 45-dən çox ölkənin müntəzəm iştirakı ilə böyüməyə davam etdi. Tədbirlər – Dünya, Gənclər, Qitə Çempionatları, Dünya Kubokları və Qitə turları və eləcə də, digər benəlxaq yarışlardan dan ibarət idi. Həmçinin kiçik yaşlılar (hörümçək uşaqlar) və həvəskarlar üçün də tədbirlərə sponsorluq edilirdi. Bu gün dünyanın fərqli yerlərində təşkil edilən yarışlarda 75-dən ölkə iştirak edir. Tədbirlərin ən populyar olanları isə Dünya Çempionatları və Gənclər Çempionatlarıdır.

          2005

2005-ci ildə dırmanma Duisburg Dünya Oyunları və Asiya Zal Oyunlarına təntənə ilə əlavə edildi.

2006

2006-cı ildə UIAA dırmanma yarışlarını idarə etmyi dayandırdı və bunu idarə etmək üçün müstəqi beynəlxaq federasiyanın yaranması üçün dəstək oldu.

2007

2007-ci il yanvar ayının 27-də Almaniya, Frankfurt-da 48 federasiya Beynəlxalq İdman Dırmanması Federasiyasının ( IFSC- International Federation of Sport Climbing) təsis olunması üçün toplandılar. Yeni beynəlxalq federasiyanın statusu, nizamnaməsi, eləcə də qaydaları yekdilliklə qəbul edildi. 2007-ci il aprelin 28-də IFSC AGFIS-in (AGFIS – Beynəlxalq İdman Federasiyalarının Ümumi Assosiasiyası) yeni üzvü kimi qəbul edildi. Bir neçə həftə sonra IWGA (Beynəlxalq Dünya Oyunları Assosiasiyası) da IFSC-nin üzvlüyünü qəbul etdi, bununla da dırmanmanın 2009-cu il Kousiung Dünya Oyunlarında yeri təsdiqlənmiş oldu. 2007-ci il dekabrın 10-da IOC (Beynəlxalq Olimpiya Komitəsi) IFSC-ni müvəqqəti tanıyaraq, idman dırmanmasını Olimpiya Hərəkatında müsbət qarşıladı.

Hazırda 5 qitənin 80 ökəsindən federasiyalar IFSC-ə üzvdür.

2010 2010-cu il fevralın 12-də IOC IFSC-ni tamhüquqlu olaraq tanıdı və Olimpiya Ailəsinə rəsmi qəbul etdi.

          2011

          2011-ci iyulun 4-də IOC İdarə Heyəti idman dırmanmasının 2020 Olimpiya Oyunlarına əlavə ediləcək yeni idman növlərini namizəd siyahısına (başqa yeddi idman növü ilə) daxil olmasına qərar verdi.

          Bu hadisə Dırmanma üçün yeni minilliyin başlanğıcı idi.

 

          2013

          Bu namizədlik sayəsində IFSC dünya üzrə tanınır və beynəlxalq dəstək qazanır.

          2014

          IOC idman dırmanmasını Çin, Nanjing-də keçirilən Gənclər Olimpiya Oyunlarında nümayiş olunacaq idman növü kimi seçdi.

          2015

          Sentyabr ayında idman dırmanması Tokiyo 2020 Olimpiya Oyunlarına yeni idman növü kimi daxil edilməsi rəsmi olaraq təklif edildi.

          2016

          Beynəlxalq Olimpiya Komitəsinin 3 avqust 2016-cı il tarixində Rioda keçirilmiş sessiyasında 5 yeni idman növündən biri olaraq idman dırmanmasının 2020-ci ildə Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Olimpiya Oyunlarına daxil edilməsi yekdil olaraq təsdiqlənmişdir.

 

 

 

Tərcümə : FƏRİD MUSTAFAYEV

Oxunub: 732
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Kitabxana
Bloqlar
Linklər
klublardan xəbərlər
Xatirələr
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Boldring) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boldrinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 4 Onlayn
» 56 Gün
» 244 Həftə
» 3825 Ay
» 4375 İl
» 4375 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub