fairex.az
ENG
RUS
21.11.2017
İdman Dırmanması qaydaları TOKİO 2020 oyunlarında dəyişiləcək

 Dırmanma yarışlarının tarixi və Beynəlxalq İdman Dırmanması Federasiyasının (IFSC) meydana gəlməsi prosesi haqqında saytımızda məqalə yazmışdıq. Bu məqaləmizdə isə yeni mərhələ haqqında bir neçə məlumat veriləcək.

İdman Dırmanması Olimpiya Oyunlarına daxil ediləndə yarışların keçirilməsi qaydalarında da bəzi dəyişikliklər edildi.  Artıq olmipiya idman növü olduğuna görə ,Beynəlxalq Olimpiya Komitəsi ilə razılaşdırılaraq yeni qaydalar və dərəcələndirmə sistemi tətbiq edilir.

 

 2016-cı ilə qədər tətbiq edilən qaydalar FAIREX-in əməkdaşları tərəfindən tərcümə edilmişdi və yarışlar  60 səhifədən çox olan bu qaydalar əsasında keçirilirdi. Yeni qaydalar sınaq məqsədilə 14-16 sentyabr 2016-cı il tarixlərində Fransada keçirilmiş İdman Dırmanması üzrə Dünya Çempionatında ilk dəfə tətbiq edildi.

Olimpiya Oyunlarında tətbiq ediləcək yeniliklər nədən ibarətdir : indiyə kimi keçirilən yarışlarda növlər üzrə ayrı ayrılıqda dərəcələndirmə aparılır və medallar verilirdi. Olimpiya oyunlarinda isə hər 3 növ ( sürət , çətinlik və boldrinq) üzrə ancaq 1 dəst medal oğlanlar üçün və 1 dəst medal qızlar üçün nəzərdə tutulub. Yəni idmançı hər 3 növdə çıxış edəcək və 2020-ci ildə Tokyoda keçiriləcək Olimpiya Oyunlarında idman dırmanmasından cəmi 1 qızıl medal oğlanlara və 1 qızıl medal qızlara nəzərdə tutulub, digər dərəcələr üçün medallar da həmin qaydada. Hər 3 növ üzrə nəticələrin ümumiləşdirilməsi indiyə kimi tətbiq edilməmiş bir təcrübədir. Odur ki, bu məsələnin necə tənzimlənəcəyi maraqla gölənilir. Digər bir məsələ : Bu ümumiləşdirmə ancaq Olimpiya Oyunlarina tətbiq olunacaq yoxsa, bundan sonra dünya kubokları da bu qaydada keçiriləcəkmi? Onu da qeyd edək ki, kimi dünya kubokları əksər hallarda 1 və ya 2 növ üzrə keçirilir .

Olimpiya oyunlarında dırmanma üzrə  bütün dünyadan cəmi 20 nəfər oğlan və 20 nəfər qız iştirak edəcək. 

Bu və bunun kimi dəyişikliklər və əlavələr 2017-ci ildə 10-11 mart tarixlərində Kanadada keçiriləcək beynəlxalq konfransla təsdiqlənəcək. FAIREX-in nümayəndələri də bu görüşə dəvət olunmuşdur.

Beləliklə, mart ayında yeni qaydalar IFSC tərəfindən rəsmi şəkildə elan olunduqdan sonra əməkdaşlarımız qaydaları tərcümə edəcək və fairex.az saytından paylaşılacaqdır. Aprel və ya may ayı ərzində yeni  qaydaları tətbiq edəcək hakimlərimiz üçün hakimlik kursu təşkil ediləcəkdir. İdmançılarımız da yeni qaydalar haqqında məlumatlı olması üçün həmin kursda dinləyici kimi iştirakı tövsiyyə olunur.

Müəllif :   FƏRİD MUSTAFAYEV  

Oxunub: 478
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Kitabxana
Bloqlar
Linklər
klublardan xəbərlər
Xatirələr
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Boldring) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boldrinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 4 Onlayn
» 56 Gün
» 244 Həftə
» 3825 Ay
» 4375 İl
» 4375 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub