fairex.az
ENG
RUS
21.11.2017
Yüksəklik xəstəliyi nədir ?

Gələn həftə və aylar ərzində yüksək ərazilərə ekspedisiya və ya səyahət etməyi planlayırsınızsa, UIAA Tibb Komissiyası YÜKSƏKLİK XƏSTƏLİYİ  üçün tövsiyyə edir.

Yüksəklik xəstəliyi nədir ?

Yüksəklik xəstəliyi “ümumi termin”dir  və 3 komponentdən ibarətdir :

Kəskin dağ xəstəliyi ( Acute mountain sickness – AMS ) hansıki, 3000 metr və artıq yüksəklikdə əsasən baş ağrısı və ürəkbulanma ilə müşahidə olunan xəstəlikdir. Yüksəklik ağciyər ödemi ( high altitude pulmonary edema – HAPE ) və yüksəklik beyin ödemi ( high altitude cerebral edema – HACE ) hər ikisi həyati təhlükəli patoloji vəziyyətdir və uyğun olaraq ağciyərdə və beyində su toplanması ilə müşahidə olunur. Yüksəklik xəstəliyi üçün əsas ilkin tədbir aşağı enməkdir.

     Hidratasiya ( maye qəbulu ) yüksəklik xəstəliyinin qarşısını alırmı ?

Hidratasiyanın təkbaşına yüksəklik xəstəliyinə təsir etdiyini göstərən çox az məlumat var. Bununla birlikdə, dağda dehidratasiya ( mayenin azalması) yanlış bir haldır və kəskin dağ xəstəliyinin simptomlarına bənzər formada görünən dehidrasiya simptomlar ilə (baş ağrısı və halsızlıq) müşahidə olunur. Həmçinin, həddən artıq maye qəbul etməmək lazımdır, çünki bu natrium səviyyəsini aşağı düşməsi (hyponatremia) ilə nəticələnə bilər. Əgər hiponatremiya şiddətlənərsə, psixi vəziyyətin dəyişməsinə səbəb ola bilər.

Fiziki hazırlıq səviyyəsi yüksəklik xəstəliyinin qarşısını alırmı ?

Yüksək dağlıq ərazilərə gedəndə fiziki hazırlıq səviyyəsinin yüksək olması yaxşı hal olmaqla birlikdə, insanların fiziki hazırlıq səviyyəsinin onları yüksəklik xəstəliyindən qoruduğunu göstərən bir dəlil yoxdur. Əslində fiziki hazırlıq səviyyəsi yüksək  insanlar ( məsələn : marafon qaçanlar ) yüksəklik xəstəliyinə qarşı daha həssas görünməklə, yüksəklikdə özlərini sadə insanlardan daha çox “yükləyə” bilirlər. Həddən artıq güc sərf etmək yüksəklik xəstəliyi üçün risk faktorudur.

 

Spirt içmək yüksəklikdə problemlərə səbəb olurmu ?

Ola bilər,çünki spirt nəfəsi çətinləşdirir, təngnəfəslik ( hiperventilyasiya) aklimatizasiya keçilməsinin əsasıdır. Normal nəfəsalmanı pozacaq hər hansı maddənin  ( başqa misal olaraq : yuxu dərmanı ) istifadəsindən çəkinmək lazımdır. Əlavə olaraq spirt dehidratasiyaya və kəskin dağ xəstəliyinə bənzər simptomlara səbəb ola bilər.

Yüksək zirvələrə gedərkən  diamox (acetazolamide) qəbul edə bilərəmmi ?

İnsanlar mərhələlərlə dırmanmalıdırlar ki, aklimatizasiya prosesi bədənə təsir etsin. Dağda dərman qəbulundan çəkinmək lazımdır. Həmçinin Boliviyada La Paz, Tibetdə Lhasa kimi yüksək ərazilərə uçuşlar və ya yüksək dağlıqlarda xilasetmə tapşırıqları zamanı (hər iki vəziyyətdə aklimatizasiya üçün imkan yoxdur) profilaktik tədbir kimi diamox qəbul etmək ( 125 mq ) məntiqəuyğundur, lakin şəxsin hər hansı dərmana alergiyasının olmaması diqqətə alınmalıdır.

 

Nəyə görə eyni yaş qrupunda və həyat tərzində olan insanlar eyni yüksəkliyə qalxdıqları halda bəziləri yüksəklik xəstəliyindən əziyyət çəkir bəziləri isə yox ?

Bu çox təccüblü məsələdir. Bəzi insanlar bu xəstəliyə qarşı digərlərindən daha meyillidir, ehtimal ki, burada genetik meyilliyin rolu var. Yüksəkliyə dırmanan zaman yoldaşının vəziyyətinə diqqət etmək çox vacibdir.

 

İshal yüksəklik xəstəliyinin bi hissəsidirmi?

Xeyr deyil. Yüksək regionlarda yerləşən inkişaf etməkdə olan ölkələrdə gigiyenanın zəifliyindən aslı olaraq ishal ümumi problemdir. Bu ümumi problemdən əziyyət çəkməmək üçün təmiz su içmək, ərzağı yaxşı bişirmək və əlləri sabunla yumaq lazımdır. İnkişaf etməkdə olan regionların dağlarında ishal yüksəklik xəstəliyindən daha geniş yayılmışdır.

 

Yüksək dağlıqlarda təhlükəsiz dırmanma miqdarı nə qədərdir?

2700 metrdən sonra, əvvəlki gecələdiyiniz yüksəklikdən 400 metrdən artıq dırmanmamaq tövsiyyə olunur. Yüksəyə dırmanmaq və az yatmaq aklimatizasiya prosesinə kömək edə bilər, ancaq bunu etməyə çalışarkən özünüzü həddən artıq yükləməmək çox vacibdir. Dırmanılan hər iki gündən sonra bir gün istirahət də həmçinin faydalı ola bilər. Hər şeydən əvvəl dırmanarkən öz bədəninizi “dinləmək” çox vacibdir. Hətta burada göstərilən sxemə uymaq üçün bədəninizi həddən artıq yükləməyin.

 

 

Yüksəklik xəstəliyində risk faktorları nələrdir ?

Yüksəklik xəstəliyinin tarixinə baxdıqda, hətta mərhələ ilə də çıxılsa, yüksəklik ən çox bilinən risk faktorudur. Çox yüksəyə sürətlə dırmanma və fiziki olaraq həddən artıq yüklənmə əsas risk faktorlarıdır. Çox miqdarda spirt içmək, yuxu dərmanından istifadə, xroniki ağciyər xəstəliyi kimi müəyyən hallar ( məsələn : phybrosis və emphysema) və davam edən nəfəs yolları infeksiyaları yüksəklik xəstəliyinə meyil yarada bilər. Yaxşı idarə olunan (yoxlanılmış)yüksək təzyiq, diabed və hətta sabit koronar arteriya xəstəliyi yüksəklik xəstəliyinə meyil yaratmır.

 

Mən yüksək dağlıq ərazilərdə gecə tez-tez “boğulma hissi” ilə oyanıram və bu məndə çox narahatlıq yaradır. Nə edə bilərəm ?

Bu fenomen ehtimal ki, yüksəklikdə nəfəsalmanın artmasından aslıdır və tez-tez həyəcan və narahatlıq (anxiety) yaranmasına səbəb olur. Bu ümumi bi problemdir. Etibarlı məlumatlar göstərir ki, aşağı doza acetazolamide (axşam yeməyindən əvvəl 125 mq) zərərçəkənin nəfəsalma periodları arasındakı müddəti azaldır və oksigen səviyyəsini artırır, boğulma hissini aradan qaldırır.

 

Tərcümə : Fərid Mustafayev & Qüdrət Qədirov

Mənbə : theuiaa.org

Oxunub: 10433
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Kitabxana
Bloqlar
Linklər
klublardan xəbərlər
Xatirələr
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Boldring) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boldrinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 4 Onlayn
» 56 Gün
» 244 Həftə
» 3825 Ay
» 4375 İl
» 4375 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub