fairex.az
ENG
RUS
21.11.2017
Hörmətli saytımızın qonaqları!
 14/10/2010 

Biz Dağ hazırlığı məktəbi haqqında tez-tez verilən suallara cavabları dərc edirik.

 Məktəbə yazılmaq üçün federasiya üzvü olmaq vacibdirmi?

Vacib deyil. Məktəbə gələrək siz tədris müddəti ərzində fərdi qaydada federasiya üzvlüyünə müvəqqəti qəbul edilirsiniz. Təhsili başa vurduqdan sonra siz federasiyanın hər hansı bir klubuna üzv ola və ya öz həmfikirlərinizlə birləşərək yeni bir klub yarada bilərsiniz.

Məktəbə necə yazılmalı?

Məktəbə yazılmaq üçün siz federasiyanın ofisinə gələrək ərizə blankını doldurmalı və eləcə də özünüzlə 2 ədəd fotoşəkil, idmanla məşğul olmaq üçün həkimdən arayış və şəxsiyyət vəsiqəsinin surətini gətirməlisiniz. Müxtəlif tədris mərhələləri üçün dinləyicilərə uyğun tələblər vardır. Bu barədə siz federasiyaya gələrkən əlavə məlumat alacaqsınız. Dərslər qrupların tam toplanmasından asılı olaraq başlayır. Ona görə də saytımızdakı elanları izləyin və əvvəlcədən qeydiyyatdan keçərək bizim zəngimizi gözləyin.

Dağ hazırlığı məktəbi nədir?
  
Dağ hazırlığı məktəbi dinləyicilərə dağlara aidiyyəti olan müxtəlif sahələrdən (biologiya, coğrafiya, geologiya, meteorologiya və s.) biliklər verir, müxtəlif dağ relyeflərini dəf etmək bacarığı və təcrübəsi, dağ yerlərində özünü mühafizə etməyi, yürüşlərin, ekspedisiyaların və səyahətlərin təşkilini öyrədir. Siz bizim saytın “MƏKTƏBLƏR” bölümündə Dağ hazırlığı məktəbinin əsasnaməsi ilə tanış ola bilərsiniz. Məktəbin bütün dinləyiciləri nəzəri dərslərdən başqa təcrübi məşğələlərə, təlimlərə cəlb olunur, federasiyanın yarışları və müxtəlif tədbirlərində iştirakçı və ya könüllü kimi iştirak edir, eləcə də tədris kursunun axırında təlim-məşq təcrübəsi keçirlər.

Mən tədrisin əvvəlinə çatmamışam. İndi federasiyanın fəaliyyətində iştirak edə bilərəmmi? 

Əlbəttə. Siz hər hansı bir kluba qoşula və ya sadəcə federasiyanın və onun klubları tərəfindən keçirilən tədbirlərin elanlarını izləyə bilərsiniz. Yeniliklərlə mütəmadi tanış olmaq istəyirsinizsə hər həftənin çərşənbə axşamı saat 17:00-dan sonra ofisdə keçirilən “Klub günündə” iştirak edə bilərsiniz.

Dağlara getmək üçün mütləq dağ hazırlığı məktəbində məşğul olmaq vacibdirmi? 

Xeyr, vacib deyil. Məktəbdəki qruplardan başqa siz federasiyanın hər hansı klubuna da yazıla bilərsiniz. İdman klublarında məşqlər də keçirilir. Yürüşdən sonra siz bu barədə arayış alacaqsınız, lakin sizin hər hansı bir kursu bitirməyiniz haqqında sertifikatınız olmayacaq. Bundan əlavə məktəbin bütün qrupları təlimləri bir yerdə və vahid metodika ilə keçir, eyni sınaq yürüşünə çıxır və eləcə də bu yürüşlərdə eyni tədris məşğələləri keçirlər. İdman qruplarında isə bütün bunlar qrup rəhbərlərinin öz ixtiyarına buraxılır.

Dağlara kimi aparırlar?

Məktəbdə məşğul olmaq və dağlara getmək üçün zəruridir:
   Sağlam olmaq, daha doğrusu dağ idman növləri ilə məşğul olmaq üçün mane ola biləcək (aritmiya, ürək qüsuru, mədə və onikibarmaq bağırsaq xorası, psixi xəstəliklər, epilepsiya, hipertoniya, yırtıqlar, revmatizm və s.)heç bir xəstəliyin olmaması. Bu idman növləri ilə məşğul olmaq üçün tələblərə uyğun gələn və sağlamlığa zərər verə biləcək xəstəliklərin standart siyahısı vardır. Biz gələcək dinləyicilərə qətiyyətlə tövsiyə edirik ki, şəhər həkim- bədən tərbiyəsi dispanserindən tibbi müayinədən keçsinlər , əvvəla sizi orada peşəkar idman həkimləri müayinə edəcək, ikincisi isə il ərzində cəmi iki dəfə həkim nəzarətindən keçərək siz istənilən vaxt yarışlarda iştirak etmək üçün arayış ala bilərsiniz. 

   Məktəbin ibtidai mərhələsinə qəbul olmaq üçün ən aşağı yaş həddi 16 yaşdır. Bizim məktəbdə yuxarı yaş həddi yoxdur, baxmayaraq ki, dinləyicilərin orta yaş həddi 23-25 arasındadır, 30-45 yaşında olan insanlar da bizimlə birgə müvəffəqiyyətlə dağlara gedir. Məktəbin ibtidai mərhələsində məşğul olmaq üçün təcrübə tələb olunmur. Baza səviyyəsində məşğul olmaq üçün isə ibtidai mərhələni bitirmək və ya eksternlə ibtidai mərhələ proqramı üzrə nəzəri və təcrübi sınaqlardan keçmək lazımdır.  

Məşğələlər ödənişlidirmi?

İbtidai mərhələdə yox, amma dinləyicilər federasiyanın keçirdiyi müxtəlif tədbirlərdə könüllü olaraq kömək edirlər. Eləcə də siz nəzərə almalısınız ki, dağ idman növləri ilə məşğul olmaq bir sıra avadanlıqların alınmasını tələb edir. Bu məqsəd üçün federasiya heç də hər şeyi sizə icarəyə verə bilməz. Beləliklə, sevimli idman növü ilə məşğul olmaq üçün bir sıra avadanlıq və geyimləri almağa hazır olun. Federasiya isə öz növbəsində göstərilənləri keyfiyyətli və nisbətən aşağı qiymətlə alınmasında sizə kömək etməyə çalışacaqdır.

Yürüş neçəyə başa gələcəkdir?

Əvvəlcədən buna doğru qiymət söyləmək qeyri-mümkündür, çünki istifadə olunacaq nəqliyyatın müəyyənləşdirilməsində qeyri-müəyyənlik vardır. Gündəlik zəruri yemək xərcləri isə təxminən 5 manata başa gəlir. Ümumiyyətlə isə dağlara 4-5 günlük yürüş orta hesabla 40-60 manata başa gəlir.


Məktəbin baza mərhələsinə ibtidai mərhələni bitirmədən yazılmaq olarmı?

Kifayət qədər dağ təcrübəsi olan dinləyicilərə şərait yaratmaq üçün İbtidai Mərhələni tədris olunmadan birbaşa ekstern sınaqdan keçməklə Baza Mərhələsi kursuna qəbul olmaq imkanı vardır. Bu sınaq eksternat olduğu üçün bunu mütləq “ƏLA” qiymətlə keçmək lazımdır, əks halda istəyinizə nail ola bilməyəcəksiniz. Bundan başqa təcrübi sınaqdan da keçmək lazımdır. Rəsmi təsdiq olunmuş dağ təcrübəsi (yürüş,səyahət və s.)
olmayanlar sınaqlara buraxılmırlar.

Mənim işim(dərsim) gec qurtarır və mən məşğələlərə çata bilmirəm.
Mən nə etməliyəm?

İstənilən halda bu məsələ hər kəslə fərdi olaraq müəyyən olunur.Əgər siz öz fikrinizdə ciddisinizsə biz sizə hərtərəfli kömək etməyə hazırıq. Amma təcrübi məşğələlər və təlim yürüşləri vacibdir.

Ola bilərmi ki, mən nəzəri dərslərə gəlim, yürüşlərə isə getməyim?

Olar. Bizdə sərbəst dinləyicilər ola bilər, lakin bu barədə əvvəlcədən xəbərdar etmək lazımdır. Ancaq nəzərə alın ki, siz sınaqlara buraxılmayacaqsınız və tədris barədə arayış almayacaqsınız , amma şübhəsiz ki , biliklərə yiyələcəksiniz.

Məşğələlər həftədə neçə dəfə keçirilir ?

Bir qayda olaraq məşğələlər həftədə iki dəfə - bir gün həftə arası axşam saatlarında nəzəri və istirahət günlərində təlim yürüşləri, yarışlar və s. keçirilir.

Dərs cədvəllərini haradan öyrənmək olar?

566 – 81 – 09 N-li telefona zəng etməklə, FAİREX-in saytnı izləməklə və ya ofisdə elanlar lövhəsindən.

Fiziki hazırlıq məşğələləri vacibdirmi?

Sizin fiziki hazırlığınızı təkcə biz deyil ilk növbədə özünüz qiymətləndirməlisiniz.
Siz qarşıdakı yürüşdən zövq almaq istəyirsiniz yoxsa ən kiçik yoxuşları belə qalxarkən təngənəfəs olaraq cərgədə hamıdan axıra qalmağı üstün tutursunuz? Şübhəsiz ki, ilkin mərhələdəki yürüşlərə getmək üçün Şvarsneger olmalı deyilsiniz, amma siz ciddi bir yürüşə və ya səyahətə hazırlaşırsınızsa onda normativlərə uyğunlaşmalısınız ki, qrup rəhbərlərində sizin bütün qrupa artıq yük olacağınız barədə şübhə yaranmasın. 
Bəzən elə olur ki, bir nəfərin aşağı fiziki hazırlığı bütün qrupun müvəffəqiyyət əldə etməsinə əngəl olur və ya pis halda bədbəxt hadisəyə səbəb ola bilir. 

Əgər mən bir qrupa yazılaramsa, digər qrupa keçə bilərəmmi?

Bəli, amma yaxşı olardı ki, bu yürüş qabağı olmasın və hər iki qrup rəhbərlərinin razılığı ilə olsun. 

Mən bütün məşğələlərə gələrək sınaqlaradan da müvəffəqiyyətlə çıxmışam, amma yürüşə məktəb qrupu ilə getməmişəm. Mən imtahan verə bilərəmmi?

Nəzəri olaraq bəli. Faktiki isə hər belə hal məktəb rəhbərliyi tərəfindən fərdi olaraq baxılır. 



 

Oxunub: 5897
Sayı : (2)
Göndərən: Kamran

Salam. Mən sizin federasiyaya qatılmaq istərdim. Geologiya və dağçılığa xüsusi həvəsim var.Ünvanınızı necə öyrənə bilərəm? Təşəkkür edirəm.

FAIREX : Ünvan Nobel pr.61 ( Ağ Şəhər)    Tel : (012) 424-29-81 

Mobil: (050) 572-91-89 Fərid Mustafayev ( yeni üzvlərlə iş üzrə təlimatçı ) 

26-3-2016  |  23:15
Göndərən: Nuru

Azerbaycanda bele mektebin yaradilmasina cox sevindim.size ugurlar.

03-3-2011  |  04:30
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Dağ Hazırlığı Мəktəbi
Müəllim və təlimatçılar
Dərs cədvəli
Poliqonlar
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Boldring) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boldrinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 4 Onlayn
» 56 Gün
» 244 Həftə
» 3825 Ay
» 4375 İl
» 4375 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub