fairex.az
ENG
RUS
21.11.2017
DAĞ HAZIRLIĞI MƏKTƏBİ HAQQINDA ƏSASNAMƏ
 15/10/2010 

1.Ümumi  müddəalar.

1.1 Bu əsasnamə Dağçılıq məktəbində kadrların hazırlanması sisteminin əsas prinsip və tələblərini müəyyən edir.

1.2 Kadrların hazırlanması aşağıdakı məqsədlərlə həyata keçirilir:

-         Azərbaycanda dağ idman növlərinin geniş (effektiv) inkişafı;

-         Dağ idman növlərinin sosial əhəmiyyətinin, məzmunluluğunun artırılması və ekoloji mədəniyyətin artırılması;

-         Dağ gəzintilərinin, səyahətlərin, ekspedisiya və yürüşlərin təhlükəsizliyinin artırılması;

-         İnsanlara ekstremal təbii şəraitlərdə özünü qorumanın öyrədilməsi;

-         Hərbi xidmətə çağırış ərəfəsində olan gəncləri silahlı qüvvələrdə xidmətə hazırlamaq və onlara hərbi vətənpərvərlik hisslərinin aşılanması;

-         Dağ idman hərəkatı fəallarının bu sahədə yaradıcılığı üçün əlverişli hüquqi və sosial-iqtisadi şəraitin yaradılması. 

1.3 Kadrların hazırlanması 5 səviyyəli hazırlıq sisteminə uyğun həyata keçirilir və özündə tətbiqi-təcrübi xarakterə malik elmi-tədqiqat istiqamətli əlavə fakültativ məşğələləri də ehtiva edir. Təhsil ödənişsiz, ödənişli və ya havadarlıq əsasında aparıla bilər.

2. Kadrların hazırlığı zamanı irəli sürülən ümumi prinsip və tələblər.

 2.1 Kadrların hazırlığı sistemi aşağıdakı əsas prinsiplər üzrə aparılır:

a)     Hazırlıqların növü üzrə - dinləyicilərin təcrübəsi nəzərə alınmaqla tədrisin 5 səviyyəli sistemi: ibtidai, əsas, ixtisaslaşdırılmış, ali və bələdçi hazırlığı. Bütün səviyyələrdə tədris ümumi proqram əsasında aparılır. Hər bir səviyyədə kadr hazırlığı özündə tədris və alınmış biliklərə imtahan formasında nəzarəti birləşdirir.

b)    Tədris proqramlarının məzmunu - bu dağ idman növləri üzrə keyfiyyətli kadr hazırlığı üçün zəruri olan vahid biliklər toplusudur.

c)     Bütün tədris səviyyələri dinləyicilərinin buraxılış mexanizmi - bu kadrların attestasiyasının diferensiallaşmış prinsipidir.

d)    Tədrisin davamlılığı – bu müxtəlif səviyyəli proqramların uyğunluğunun və təhsilin daha yüksək səviyyəli proqramlar üzrə davam etdirilmə imkanının təmin edilməsidir.

 

            2.2 Tədris məşğələləri aşağıdakı formalardan ibarətdir: mühazirələr, seminarlar, təcrübi məşğələlər, tədris-təlim yürüşləri (TTY), məsləhətlər və dinləyicilərin sərbəst və yoxlama işləri.

            2.3 Dinləyicilərin yaş və təcrübələrinə tələblər: ibtidai və əsas kurslar üçün dinləyicilərin minimal yaş həddi -16 yaş, növbəti kurslar üçün - 18 yaş həddi. Dinləyicilərin növbəti mərhələyə buraxılması üçün onlar əvvəlki mərhələni keçməli, imtahanları müvəffəqiyyətlə verməli, TTY-ni keçməli və məktəbin məşqçi-müəllim şurasının müsbət rəyini almalıdır.

            2.4 Məktəbdə bütün tədris-təlim tədbirləri Federasiyanın Dağçılıq Komissiyası (FDK) tərəfindən təsdiq edilmiş tədris planı və proqramı üzrə keçirilir.

            2.5 FDK ilə razılaşdırıldıqdan sonra ümumi tədris planı həcminin 25%-dən artıq olmamaq şərti ilə dərs saatlarının miqdarının artırılmasına və ya əlavə sualların öyrənilməsi üçün əlavə dərslərin keçilməsi kimi dəyişikliklərin edilməsinə yol verilir.  Federasiyanın Dağçılıq Komissiyasının qərarına əsasən, dinləyicilərin kifayət qədər təcrübəli olmasını nəzərə alıb ayrı-ayrı mövzular üzrə mühazirə saatlarının azaldılması hallarına da yol verilə bilər. Belə ki, bu dərslər ya sərbəst olaraq öyrənilməli ya da tədris-təlim yürüşləri zamanı keçilməlidir.

 

Konkret dərs mövzularının öyrənilməsi zamanı (əsas səviyyədən başlayaraq) vaxtın 5-10 %-i bu mövzuların keçirilmə metodikasına həsr edilməlidir. Əsas səviyyədə dərslərin tədrisinin nağıl və nümayiş formasında keçilməsi tövsiyə olunur, ali səviyyəli məşğələlərdə isə tədris dağçılıq idman növünün müasir vəziyyəti və inkişafı üzrə daha mühüm və mürəkkəb suallar üçün təcrübə mübadiləsi forması ala bilər.

 

            2.6 Bu və ya digər kateqoriyalı kadrların hazırlanması üçün tədrisin ümumi həcminə daxildir:

-        binada və yerlərdə mühazirə, seminar və təcrübi məşğələlər;

-        tədris-təlim yürüşlərində (TTY) təcrübi məşğələlər;

-        dinləyicinin müstəqil hazırlığı;

-        təcrübə keçənlərlə iş;

-        TTY-nin hazırlanması və keçirilməsi, onun müdafiəsi (hesabat üzərində iş);

-        Hazırlıq səviyyəsinə nəzarət (yoxlama işləri, məqbul və imtahan);

 

Kadrların attestasiyası zamanı hesaba alınan tədris məşğələlərinin saat hesabı aşağıdakı üsulla həyata keçirilir:

-        sinif məşğələləri üçün – təsdiq olunmuş tədris planına uyğun;

-        məşq çıxışları üçün – sutkada 8 saatdan çox olmayaraq;

-        TTY üçün – TTY-nin mürəkkəblik kateqoriyasından asılı olaraq yürüşün aktiv hissəsinin davamiyyətinə uyğun sutkada 10 saatdan artıq olmayaraq;

-        TTY-yə hazırlıq zamanı və onun məqbuluna sutkada 8 saat üzrə;

-        Yoxlama tapşırıqlarının yerinə yetirilməsi üçün saatlar müəllim heyəti tərəfindən müəyyənləşdirilir və hesabat sənədlərində əks olunur. TTY üçün saat hesabatları aşağıdakı kimi aparılır:

-        hazırlıq üçün minimal saat miqdarı – 16 saat (2 gün 8 saat olmaqla) + 8 saat (1 gün) yekun mərhələ üçün və ya cəmi 24 saat.

-        Yürüş zamanı məşğələlərin miqdarı gündəlik 10 saat olmaq hesabı ilə planlaşdırılmış yürüş günlərinin sayına vurularaq müəyyən olunur, burada günlərin minimal sayı  seçilmiş yürüşün mürəkkəblik dərəcəsinə uyğun minimal həddən az olmamalıdır.

 

            2.7 TTY-ni müvəffəqiyyətlə başa vurduqda və kursu bitirdikdə təlimçi-müəllim şurasının qərarına əsasən ibtidai kursun dinləyicilərinə ibtidai səviyyəni bitirdikləri haqqında arayış təqdim edilir. Əsas (baza) kursunun dinləyicilərinə isə - Dağçının şəhadətnaməsi (sertifikat) və məqbul kitabçaları təqdim edilir, dinləyici tərəfindən bütün 5 hazırlıq səviyyəsinin və əlavə kursların keçilməsi şərtdir.

Oxunub: 5974
Sayı : (3)
Göndərən: Sarvan

Salam. Sizin federasiyaya necə üzv ola bilərəm?

FAIREX : Salam Sarvan bəy. Federasiyaya üzv olmaq üçün tibbi arayış, 2 ədəd 3x4 ölçülü fotoşəkil və şəxsiyyət vəsiqəsinin surəti ilə FAIREX-in Nobel prospekti 61 ünvanında yerləşən ofisinə müraciət etməyiniz kifayətdir. Əlaqə telefonu : ofis 012 424-29-81 mobil 050 572 91 89

22-1-2016  |  11:54
Göndərən: mehman

men hekimem,ovculuqla meskulam tebiyeti gezmek extrmal veziyetlere dusmeyi xoslayiram bu barede tecrubem var yasim 31 di sizin mektebe yazila bilerem

19-9-2012  |  00:47
Göndərən: Rauff

это отлично что в Азербайджане все это развивается.Но у меня вопрос:можно заниматься только воздушными видами спорта? - Конечно, можно, звоните или приходите к нам.

09-12-2010  |  03:20
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Dağ Hazırlığı Мəktəbi
Müəllim və təlimatçılar
Dərs cədvəli
Poliqonlar
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Boldring) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boldrinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 4 Onlayn
» 56 Gün
» 244 Həftə
» 3825 Ay
» 4375 İl
» 4375 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub