fairex.az
ENG
RUS
21.11.2017
Federasiyanın Dağ Komissiyası yaradıldı

10  noyabr  2009-cu ildə  Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası Dağ Komissiyasının əsasnaməsi təsdiq edildi. 

“TƏSDİQ EDİRƏM”
Hava və Ekstremal İdman Növləri Federasiyasının prezidenti H.Bağırov

Dağçılıq komissiyasının əsasnaməsi

1. Ümumi müddəalar
1.1. Federasiyanın Dağçılıq komissiyası dağçılıq ekstremal idman növlərinin inkişafında maraqlı olan və komissiyanın əsasnaməsi çərçivəsində və Federasiyanın nizamnaməsinə müvafiq fəaliyyət göstərən vətəndaşların birləşdirilməsidir.
1.2. Dağçılıq komissiyası (DK) Federasiyanın struktur hissəsidir.
1.3. DK-nın əsasını qoyan Federasiyanın idarə heyəti cəmiyyətidir.
II. Məqsəd və vəzifələri
Dağçılıq komissiyasının fəaliyyətinin əsas məqsədi dağçılıq ekstremal idman növlərinin inkişafı, onların təhlükəsizliyinin və kütləviliyinin artırılmasıdır.
Komissiya aşağıdakı vəzifələri yerinə yetirir:
2.1. İctimai təşkilatların, birliklərin, turklubların, bölmələrin və dağçılıq ekstremal idman növlərinin ayrı-ayrı həvəskarlarının dağçılıq ekstremal idman növlərinin yayılması istiqamətində göstərdikləri fəaliyyət təşəbbüsünün inkişafı və dəstəklənməsi.
2.2. Dağçılıq ekstremal idman növlərinin kütləviliyinin inkişafı. İdman təşkilatlarının idman-sağlamlıq və idman-ekstremal tədbirlərin keçirməsi və onların regional və respublika tədbirlərində iştirakı fəaliyyətinin koordinasiyası.
2.3. İctimai kadrların hazırlanmasında və ixtisas artırılmasında iştirak etmə.
2.4. Dağçılıq hazırlıq məktəblərinin keçirilməsində rəylərin formalaşdırılması.
2.5.Dağçılıq ekstremal idman növləri üzrə Azərbaycan yarışlarının və çempionatlarının keçirilməsində və təşkilində iştirak etmə.
2.6. Dağçılıq ekstremal idman növlərində bədbəxt hadisələr barədə profilaktik xəbərdarlıq tədbirlərinin keçirilməsi.
2.7. Dağ yerlərində idman-ekspedisiya və elmi-tədqiqat işlərinin təşkili və inkişafı.
2.8. İclasların, müsabiqələrin keçirilməsində və təşkilində iştirak etmə, KİV vasitəsilə dağçılıq idman növlərinin təbliğatı.
2.9. Dağçılıq ekstremal idman növlərində yeni istiqamətlərin dəstəklənməsi və inkişafı
2.10. . Dağçılıq ekstremal idman növlərinin inkişafının müasir tendensiyalarının analizi və onların idman ictimaiyyətinin müzakirəsinə çıxarılması.
III. DK təşkili və strukturu.
3.1. Dağçılıq komissiyası aşağıdakılardan ibarətdir:
-Federasiyanın nizamnaməsini qəbul edən fərdi üzvlərdən,
Federasiyanın kollektiv üzvlərindən – klub nümayəndələrindən.
3.2.6.2. bəndindən başqa bütün qərarlar iclasda iştirak edənlərin ümumi sadə səs çoxluğu ilə qəbul olunur.
3.4. Dağçılıq komissiyasının iclasları ən azı ayda 1 dəfə keçirilir. Əgər heyətin ən az yarısı iclasda iştirak edirsə komissiya qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Qərarlar sadə səs çoxluğu ilə qəbul olunur.
3.5. DK-nın istisna səlahiyyətinə yalnız Dağçılıq komissiyasının Əsasnaməsinin dəyişilməsi ilə bağlı məsələlər aid edilir. Əsasnamənin yeni redaksiyası Federasiyanın İdarə heyəti tərəfindən təsdiq olunur.
3.6.Komissiya öz işinə yalnız ayrıca idmançıları deyil, həm də komissiyanın işi ilə maraqlanan müxtəlif klub və birlik nümayəndələrini cəlb edə bilər.
IV. DK-nın hüquq və vəzifələri.
4.1. DK hazırkı Əsasnaməni, Federasiyanın Nizamnaməsini, qüvvədə olan qanunvericiliyi rəhbər tutaraq:
- DK-nın işini dağçılıq ekstremal idman növlərinin inkişafına, dağçılıq ekstremal idman növləri ilə məşğul olan idman sənətinin təkamülünün, kütləvilik və təhlükəsizlik tədbirlərinin təminatına yönəltməli;
- komissiyanın iş istiqamətini, işin təqvim planını, və komissiyanın fəaliyyəti üçün zəruri olan digər normativ sənədləri müəyyən etməli;
- ən azı ildə 1 dəfə öz fəaliyyəti barədə Federasiya Şurasının Ümumi iclasında hesabat verməli
4.2. DK səlahiyyətləri aşağıdakılardan ibarətdir:
- müxtəlif tədbirlər layihələrini nəzərdən keçirmək, onların məqsədəuyğunluğu və dəstəyi barədə Federasiya heyətinə təkliflər irəli sürmək;
- Federasiyanın digər komissiyalarına namizədlik irəli sürmək;
Idmançıların həvəsləndirilməsi və mükafatlandırılması barədə təkliflər irəli sürmək, idman və hakim rütbələrini Federasiyanın İdarə Heyətinə, Gənclər və İdman Nazirliyinə təqdim etmək;
-komissiyanın təşkil etdiyi tədbirlərin rəhbərlərinin hesabatlarını dinləmək;
DK-nın işində iştirak etmək üçün müxtəlif ictimai təşkilatları, dağçılıq ekstremal idman növləri klublarını, qruplarını, bölmələrini, əməkdaşlıqda maraqlı olan ayrıca idmançıları və digər vətəndaşları dəvət etmək;
- qüvvədə olan qanunvericiliklə qadağan olunmayan və hazırkı Əsasnamənin II hissəsində qeyd olunan məqsəd və vəzifələrin yerinə yetirilməsi istiqamətində digər fəaliyyətləri həyata keçirmək.
V. Komissiyanın maliyyə vəsaitləri
5.1. DK Federasiyanın öz üzvlərinin şəxsi gəlirlərini əldə etmək məqsədi güdməyən qeyri-kommersiya bölməsidir.
5.2.Komissiyanın və komissiya bürosunun fəaliyyətlərini təmin etmək üçün vəsait təşkilinin mənbələri aşağıdakılardır:
- Dağçılıq komissiyası tədbirlərinin keçirilməsi üçün məqsədli smeta vəsaitləri;
- klubların-Federasiyanın kollektiv üzvlərinin, Federasiyanın İdarə heyəti tərəfindən təsdiq olunmuş smetalara müvafiq olaraq onların büdcəsində nəzərdə tutulmuş vəsaitlər;
-DK-nın fərdi üzvləri tərəfindən hazırlanmış vəsaitlər.
5.3. DK-nın bütün mövcud pul vəsaitləri DK-nın qərarına uyğun xərclənir.

VI. DK-nın fəaliyyətinin yenidən təşkili və ya dayandırılması qaydaları.
6.1. DK-nın yenidən təşkili onun üzvlərinin Ümumi iclasının qərarı ilə müəyyən olunur.
6.2. DK-nın ləğvi onun Ümumi iclasda iştirak edən üzvlərinin üçdə iki səs çoxluğunun, Federasiyanın İdarə heyətinin qərarı ilə, həmçinin qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydalarda həyata keçirilir
 

Oxunub: 5953
Sayı : (0)
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Tarix
Əməkdaşlıq
Klublar
Virtual bülleten
Əlaqə
Komissiyalar
Sayt xəritəsi
Üzvlər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Boldring) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boldrinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 4 Onlayn
» 55 Gün
» 243 Həftə
» 3824 Ay
» 4374 İl
» 4374 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub