fairex.az
ENG
RUS
24.11.2017
Yürüşün gündəliyi...
 13/8/2010 

      Beləliklə, yürüş başa çatdı, iştirakçılar Bakıya yüksək əhval-ruhiyyə ilə böyük təəssüratlarını dostları ilə bölüşmək üçün qayıtmışlar. Bu yürüş nəinki Norveçdən gələn skautlar üçün, qəribə olsa da bizim uşaqlar üçün də yenilik olub.

      Bu dağ yürüşü hər kəsin həyatında ilk dəfə idi, ilk dəfə olaraq onlar gözəl və qeyri-adi yerlərə düşmüşdülər. İştirakçılardan birinin sözlərinə görə onlar bizim dağlarda heyranedici dağ silsilələrini, dərin dərələr, saf çaylar və buz sulu şəlalələr görəcəklərini zənn etmirdilər.
     Axşamlar sayrışan qum dənələri kimi səpilmiş ulduzlu səma düşərgəmiz üzərin də günbəz kimi sallanaraq səyahətçilərin nəzərlərini üzərinə çəkir, sübh tezdən isə uşaqlar dağ kəklikləri və torağayların şən nəğmələrinə oyanırlar, dağların günəşi dərimizi tunc rəngə boyayırdı.
      Bütün yürüş boyunca bizi çox gözəl hava müşayiət etdi. Bir şeyi də xüsusilə qeyd etmək lazımdır ki, olduğumuz yerlərdə dağ kəndinin sakinlərinin qonaqpərvərliyi bizi heyrətə gətirdi!
     Marşrut elə seçilmişdi ki, biz yürüşü Quba rayonunun Qrız-Dəhnə kəndində başlayıb elə orada da bitirməli idik. Gəldiyimiz gün nahardan sonra skaut proqramı üzrə kiçik treninq-seminar keçirdik, sonra qonaqpərvər ev sahiblərinin bağında meyvə ağaclarının altındakı çəmənlikdə çadırlarımızı yerləşdirərək gecələdik.
     Növbəti gün, biz sübh tezdən (istidə getməmək üçün),saat 7-də yürüşə çıxdıq. Birinci günün tapşırığı kifayət qədər çətin idi: alpçəmənlik ilə şaquli xətt üzrə 900 metr yüksəklik yığaraq yaylaya qalxmaq. Təcrübəsizliyə baxmayaraq bütün uşaqlar sınaqdan “əla” çıxdılar və artıq saat 11-də biz plan üzrə ilk düşərgəni salacağımız yerdə idik.
     Çadırları qurduqdan sonra, bizim şəlaləyə qalxıb onun bumbuz sularında çimmək üçün vaxtımız (və gücümüz!) qalmışdı (əslində buna norveçli dostlarımız cürət elədilər). Sonra nahar, nahardan sonra ətraf yerlərə - pirə, yaxınlıqdakı qayalara fotoaparatla gəzinti təşkil olundu. Qürubdan sonra hava soyudu, bu bizim üçün - 30 dərəcədən aşağı temperaturun nə olduğunu unudanlar üçün bir az gözlənilməz oldu, , kiçik tonqal bizi azca olsada isitdi, çox keçmədən soyuq külək və yorğunluğumuz bizi çadırlara dağıtdı, xüsusən də bizi erkən oyanmaq gözləyirdi....
      Sübh tezdən doğan günəş bizim düşərgəmizi işıqlandırdı və hətta tənbəl belə çadırda uzun müddət qala bilməzdi. Cəld qalxma, yüngül nahar, çantaları yığırıq və biz artıq yola düşməyə hazırıq. Bu dəfə bizə Qrız kəndinə keçmək lazım gələcək. Bu füsunkar kənd, bütün dünyadan ayrılmış dərin dağ ərazisində yerləşir. Payızda yağışlar başlayır və sonra qar düşür, avtomobil yolları gələn yaza qədər bağlanır(yollarda qarların əriməsinə və yağışların qurumasına kimi) və o zaman atlardan başqa hərəkət vasitəsi olmur. İndi getdiyimiz kimi də olar – piyada. Fiziki işə və hərəkətə öyrəşmiş kəndlilər üçün bu yol yaxınlıqdakı kəndlərə çatmağa iki saata yaxın vaxt alır.
     Bu güclü və sağlam olanlar üçün asandır. Bəs xəstələnsə? Yaxud nə isə gətirmək lazım gəlsə?
Ona görə də bütün kəndin sakinləri Qrız kəndini Quba-Xınalıq asfalt maşın yolu ilə bağlayacaq Qudiyalçaydan keçən avtomobil körpüsünün inşaasını böyük səbirsizliklə gözləyirlər.
      Qrız kəndinin sakinləri öz dillərində danışırlar. Bu dillərdən Qrız-Dəhnə, Cek və Əlik kəndinin sakinləri də istifadə edirlər. Artıq axşam idi, çay süfrəsində ikən, bizi ürəkdən qəbul etmiş yerli kəndin Şıxbaba müəllimi kəndin tarixi, sakinləri və dili barəsində maraqlı şeylər danışdı. Lakin bu axşam idi...
      Mənzərəli yol bizi biçənəkdən keçərək aşırma gətirib çıxardı, oradan ətraf zirvələr, Qrız, Cek kəndləri və Qudialçayın vadisi möhtəşəm görünürdü. Şıxbaba müəllimin ailəsi artıq bizi gözləyirdi (biz gələcəyimiz barədə bir neçə gün öncə xəbərdarlıq etmişdik). Yürüşümüzü planlaşdırdığımız zaman ən vacib işlərimizdən biri dağ kəndlərinin uşaqları ilə görüş idi. Yürüşün iştirakçıları onlarla oyunlar təşkil etməyi, dünya skautlarının hərəkətləri barəsində danışmağı və hər kənddə skaut keşikçiləri yaratmağı planlaşdırırdılar. Ona görə də biz ,öncədən bizim gəlişimizə qədər müəllimlərdən uşaqları toplamağı rica etmişdik. Sən demə indi biçənək vaxtıdır və kənddə yalnız körpələr qalmaqla digər uşaqlar axşama qədər valideynlərinə otlaqda kömək edirlər. Bu üzdən görüşümüzü axşama saxlayırıq və bizim bir neçə saat boş vaxtımız qalır. Bu maraqlı kənd çox uzaq dağ ərazində yerləşərək yarım illərlə heç bir yerlə əlaqəsi olmur. Qudyalçaydan keçən piyada körpüsünün yaxınlığindakı çay dərəsinə yollanırıq. Ora biz qaldığımız evin yaxınlığından qədim cığırla düşürük.
      Axşama yorulmuş, lakin məmnun halda qayıdırıq. Çayın dar dərəsi, körpücük, şaquli qırmızı dərələr,-bütün bunların hamısı norveçli qonaqlarımıza unudulmaz təəssürat bağışlamışdı, biz də belə gözəlliyə laqeyd qalmadıq. Uşaqlarla axşam görüşürük, onlar üçün şən oyunlar təşkil edirik, skautinq barədə məlumat veririk, bizim uşaqlar isə Qrızın cavanları ilə yoldaşlıq futbol yarışı keçirirlər. Oyun artıq alaqaranlıqda bitir və biz hələ dağılışmırıq, uşaqlarla hər şey haqda söhbətləşirik, hiss olunur ki, onlar yeni insanlara, yeni tanışlara şaddırlar. Norveçlilər hədiyyə olaraq uşaqlara futbol topları gətirmişdilər, biz isə oyunda qalib gələnlərə müxtəlif kiçik hədiyyələr bağışlayırdıq. Hər kəs məmnundur, lakin axşam düşür, sabah uşaqları otlaqda iş ,bizi isə -yol gözləyir. Qrız, gecən xeyrə, biz sənə vurulduq!
      Ertəsi günü, qonaqpərvər Qrızı tərk etməmişdən öncə, biz kəndin qala və məscidinin xarabalıqlarına getdik. Şıxbaba müəllim yerli ənənələrin və əfsanələrin böyük bələdçisi və qoruyucusudur, o bizə çoxlu maraqlı əhvalatlar danışdı. İnanılmaz kəşflər və sərgüzəştlər vəd edərək yenidən yol bizimdir.
     Bu gün bizi kəndin Əflatun adlı yerli sakini müşayiət edir. O yola adı rezin çəkələk geyinərək bizim uşaqları təəccübləndirmişdi. Bir müddətdən sonra kimsə cəhd edərək: - dağ yollarında belə ayaqqabı ilə gəzmək rahatdır?-deyə bu sualı ona ünvanlamışdır, o isə:- çox rahatdır və bizdə hamı belə gəzir - demişdi. Hər kəs öz fikrində qaldı..
     Biz cığırla yox, geniş lakin olduqca ot basmış düz yolla gedirik,. Görünür ki, ondan çoxdandır ki, istifadə etməmişlər. Əflatunun dediyinə görə, əvvəllər bu yol su dəyirmanına aparırdı və bu yolla öküz arabasında dəyirmana taxıl aparırdılar. Lakin çoxdandır ki, hazır unu aşağıdan- vadidən gətirirlər və demək olar ki, dəyirmandan daşdan olan bünövrəsindən başqa heç nəyi qalmayıb. Keçmiş dəyirmanın yaxınlığında, çayın yuxarı hissəsində inanılmaz bir yer var: çay, qaya ilə axaraq dərin qaya çatlarına “ baş vurur” ,mağara şəklində nə isə əmələ gətirir, sonra isə 5-8 metrdən aşağı tökülərək yenidən öz yoluna davam edir. Mağaraya aşağıdan, çayın axarı ilə girmək olar, o olduqca genişdir. Mağaraya girən kimi, indi yay fəsli olduğunu və bayaqdan istidən sızıldadığını unudursan... Burada soyuq və alaqaranlıq hökm sürür ,hündürlükdən qalın şırnaqla axan səsi mağaranı doldurur və kiçik su tozundan havada duman yaranır. Dərhal soyuqlaşır, paltarlar nəm çəkir, üzü sərin damcılar soyudur, biz bunu hiss etmədən ovsunlanmış halda yuxarıdan günəş şüaları ilə parıldayan və mağaranın alaqaranlığında mavi işıq yaradan qalın suyun axınına baxarıq. Çox gözəldir, lakin soyuq və nəmişlik bizi yenidən istiyə, yaya, günəşə qovur...
      Saat yarımlıq alpçəmənliklərlə sərbəst qalxmadan sonra iki həftə bundan əvvəl beynəlxalq dağ festivalı keçirilən sahəyə çıxırıq. Bu mənzərəli talada düşərgəmizi qurmaq qərarına gəldik. Bura çox rahatdır və yaxınlıqda saf ,sərin sulu bulaq vardır. Belə gözəl yerlər ilə bizə göstərdiyi üçün Əflatuna öz minnətdarlığımızı bildirib onunla vidalaşırıq. Günün ikinci yarısında norveçli qonaqlarımız bizim düşərgədən 500 metr yüksəklikdə yerləşən adsız yüksəkliyə yürüş etmək qərarına gəlirlər(3100 m). Biz onları xeyir-dualarımızla yola salırıq. Saat yarımdan sonra biz onları Norveç bayrağını qaldırdıqları yüksəklikdə gördük. Buna qədər uşaqlar deyirdilər ki, Norveçdə ən yüksək zirvə dəniz səviyyəsindən 3000 m hündür deyil, ona görə də onlar fəxr edə bilərlər, çünki onlar daha yüksəyə qalxmışdılar.
      Yeni səhər. Yaylada çadırsız (2600 m) gecələmək qərarına gəlmiş norveçli qonaqların sifətlərini doğan günəşin ilk şəfəqləri otların arasından keçərək işıqlandırırdı. Avqustun sonları dağda havalar kifayət qədər sərinləşir, yaxşı havalarda bizi qızdıran isti günəşin batması ilə uçub gedir. Ona görə də bizim şimallı qonaqlarımız səhərə qədər donurdular, günəşin ilk şəfəqlərindən sevinclə qalxıb hərəkət edərək qızışırdılar.
     Onların səslərini eşidərək biz də qalxaraq, nahar hazırlayır, yığışaraq çantalarımızı gəlmiş UAZ-a yerləşdiririk. Bu gün bizi səbirsizliklə gözləyən Qalaxudat kəndinin yerli uşaqlarının yanına düşəcəyik. Təmiz hava, buludsuz səma, ətrafda gözəl mənzərə, pərvazlanan kəpənəklər- bunların hamısı bizim qəlblərimizi sevinc və rahatlıqla doldurur. Dağ yolu ilə dostlarla söhbətləşərək, şəkillər çəkərək, ətrafı seyr edərək üzü aşağı getmək çox yaxşıdır!
      Qalaxudatda bizi uşaqları öz evinə toplamış Akif müəllim qarşılayır. Bir daha onlarla oyunlar keçiririk, skautlar barədə danışırıq, hədiyyələr bağışlayırıq. Yenidən yolumuza davam edirik. Bu gün bizi 10 km- lik asfalt yolu keçərək axırıncı dayanacaq düşərgəmiz olan yerə qədər getmək gözləyir.
      Əlikçayın dərin dərədən açıq vadiyə axdığı yerdə kiçik meşəlikdə ağacların kölgəsi altında qururuq. Yarım çayın axarından Qudyalçayla birləşərək yenə dərin dərə ilə Xınalıq kəndini Quba rayonu ilə birləşdirən avtomobil yoluna qədər dərin dərə ilə axır. Bu çox gözəl dərədir və sabah biz Qrız-Dəhnə kəndinə çatana qədər bu dərə ilə piyada düşərək marşrutu dairəvi ilə bitirəcəyik. Bu keçid bizim səyahətimizin layiqli yekunu olaraq bizə unudulmaz təəssüratlar bəxş edəcəkdir.
      Hələlik isə biz çayın yaxınlığındakı yaşıl çəmənlikdə, sərin kölgəlikdə yerləşirik. Tələsmədən çadırlarımızı qurub nahar hazırlayaraq əşyalarımızı çıxarırıq. Qeyri-iradi olaraq yürüşün yaxınlaşan sonluğunu uzatmaq istəyirik. Yorulmayan norveçli qonaqlarımızı dərəyə yola salırıq. Onlara sürətli dağ çayını bu sahilindən digər sahilinə keçməklə bəzi yerlərdə isə sadəcə çayın axarı ilə hərəkət edərək dərənin 1 km yarım uzaqlıqdakı digər çıxışına tərəf hərəkət edirlər. Onlar dağ çəkmələrini geyir, xizək əl ağaclarını əllərinə götürür, fotoaparatlarını su keçirməyən örtüyə qoyurlar - bütün bunlar kanyoninq (bu ekstremal idman növü belə adlanır) üçün ehtiyat hərəkətləridir. Onları iki saatdan sonra qurşağa qədər islanmış tam xoşbəxt halda qarşılayırıq. Onlar öz macəraları haqda həvəslə danışır, çəkdikləri çox gözəl şəkilləri göstərirlər. Bundan başqa yerindəcə qərar qəbul olunur - gələn il bu yerə skaut ekspedisiyası təşkil olunsun.
      Norveçli qonaqlarımız dərəni tədqiq edərkən biz daha sadə lakin o qədər də bizim üçün vacib olan işlə məşğul olurduq: Bütün dayanacaqlarda olduğu kimi biz burada da məişət zibillərini yığmağa başladıq. Əgər əvvəlki beş gündə dağlarda insanlar tərəfindən atılmış zibilə rast gəlinmirdisə, səfərimizin axırıncı günü yerləşdiyimiz Çayqovuşanda- əhali arasında çox populyar olan bu yerdə hər şey əksinə idi. Təəssüflər olsun ki, bu gözə tez çarpır, insanlar təmizliyə riayət olunması üçün özlərini yormurlar. Ona görə də hər tərəfdə atılmış butulka, salfetka, yemək qırıntıları görünür. Bu ayıb və xoşagəlməyən bir şeydir. Bütün ətrafdakı zir- zibili yığışdıraraq plastik torbalara yığırıq. Ətraf daha təmiz görünür amma bilmirik ki, bu nə qədər davam edəcək. Bu il Azərbaycanda ekologiya ili elan olunub. Hər kənddə biz uşaqlara dağları təmiz saxlayaraq qorumaq barədə danışırdıq. Bilmirik nə qədər iş görmək lazımdır ki, biz dağlara gələndə bu gözəlliyi zir-zibil atılmış vəziyyətdə görməyək.
      Axşam düşür, vida tonqalı üçün çör-çöp yığırıq, təmasda olduğum müddəti uzatmaq istəyərkən elə bil ki, vaxt da qaçır. Əfsus, günəşin axırıncı şüaları da hücum çəkən qaranlıqda itir. Budur biz artıq cənub səmasının məxmər günbəzi altında tonqal ətrafında sıx dairə ilə oturmuşuq...Əvvəlcə səfərimiz qurtardığı üçün sabaha heç nə saxlamağa ehtiyac olmadığına görə bol bayram şamı təşkil edirik. Sonra isə - mahnılar, rəqslər və gecə yarıya qədər ünsiyyət. Tonqalın çırtıltısı, çayın şırıltısı- təbiətin əbədi sakitləşdirici səsləri bizi daha da yaxınlaşdırır. Təəssüflər olsun ki, hər şeyin yaxşısı tez bitir. Yeganə təskinliyi sonuncu gecə tonqalının ətrafında əyləşərək gələcəyə planlar qurur, birgə tədbirlər, keçirəcəyimiz yeni görüşlər və yürüşlər barədə söhbətlər edərək tapırıq.

      Bizə yürüşdə göstərdikləri köməyə görə Azərbaycan skautlar Assosiasiyasına, Hava və Ekstremal idman növləri Federasiyasına, Norveç gənclər təşkilatına(LNU və Kyelsas qrupuna), bu günlərdə bizim əşyalarımızı bu düşərgədən digər düşərgəyə daşıdığına görə sürücü Həmidov Nemətə, Qrız-Dəhnə kəndindən Xəlil müəllimə, Qrız kəndindən Şıxbaba müəllimə, Qalaxudat kəndindən Akif müəllimə göstərdikləri köməyə və həmçinin həyat yoldaşlarının qonaqpərvərliyi və səmimiliyinə , sonda isə Qrız kəndindən olan könüllü bələdçimiz - Əflatun və bu yürüşdə qarşılaşdığımız digər xeyirxah və xoşxasiyyət insanlara öz təşəkkürümüzü bildiririk!
 

Oxunub: 6859
Sayı : (4)
Göndərən: Fredrik Westby

Dear Jane!? How are you? First off: Thank you so much for our wonderful hiking this summer! It's the best single nature experience I have ever had! And it will never be forgotten. It's been great to experience Azerbaijans breathtaking mountains and meeting the locals in several villages. I really enjoyed our route, we saw lots of differendt exiting things like waterfalls, climbing routes, steep hills, eagles, sunsets and beautiful flowers. We also had a really cool short trip up and down through a river, where we where walking in a cave-like shaped mountain. It is one of lots of wonderful memories together with wonderful people.? Again: thank you so much! Hope everything is fine, I heard you went to a mountain above 4000m, sounds really nice! Take care! - Fredrik

01-9-2010  |  20:47
Göndərən: Nigar K.

После года студенческой жизни в Будапеште, когда почти каждый день был ознаменован чем-то новым и интересным, и почти ежемесячно мы ездили в какую-нибудь европейскую страну, я думала, что меня трудно будет чем-либо удивить. Но этот поход опроверг все мои ожидания. Я не буду даже говорить о той красоте, которую нам предстояло увидеть, если норвежские гости, повидавшие полмира, не могли перестать выражать свой восторг! Безумно мне понравилась вся обстановка и атмосфера в команде. Были представители разных возрастов и культур, но между нами не было никаких границ. Все легко друг друга понимали, и всем было интересно. Никогда не забуду, как в последнюю ночь у костра один из норвежцев поделился со мной своими мыслями: «Я всегда пытался сделать что-нибудь большое, сумасшедшее, из ряда вон выходящее, чтобы почувствовать, что я счастлив. А оказывается можно быть счастливым от совсем простых и обыкновенных вещей, как этот наш поход и этот костер, и звезды над головой». Я думаю, он абсолютно прав, но чтобы понять все это, надо периодически уходить из шумной и суетливой городской жизни и устраивать такие вот походы.

31-8-2010  |  13:58
Göndərən: ASK

Hi! Here you have some sentence from me about the impression of the hike. The hiking trip we had together with ASA in the Caucasus is one of the most special and interesting experiences I have had in my life. We got to see the mountains (that is quite different from ours) and the animals living there, mostly sheep and cows, but we also saw a lot of eagles. I think we all were really amazed to see six eagles flying while we were standing on a cliff 50 meters above them. We visited some small villages where we were taken good care of, got tea all the time and saw how you do your daily life when you have to make almost everything yourselves. It was really nice to meet at these kind and generous people that shared so much although they had to work so hard to get it. Best regards Ask Pape - Norway

31-8-2010  |  13:55
Göndərən: Naila K.

Это было потрясающе… Оказавшись среди такой природы, ты понимаешь, насколько она велика и насколько ничтожен человек.Город со всей его суетой и шумихой остается где-то далеко-далеко позади. Боже, за все эти 6 дней я ни разу не вспомнила ни про компьютер, ни про мобильный телефон… Каждый новый день – это новые места, новые знакомства. Ты даже саму себя открываешь как-то по-новому. Потом приходит ночь, ты залезаешь в свою теплую палатку после десятого кона игры в «мафию» и спишь как младенец – без задних ног… За эти шесть дней участники похода стали для меня такими близкими и родными! Будь у меня возможность вернуть время вспять и повторить все сначала, я бы ничего не поменяла, ни одну деталь, ни одно мгновение. Даже ночь в селении Крыз с бесконечными разговорами о крызском языке и культуре, когда мы все безумно хотели спать, и последовавшее затем тяжелое «сражение» с баранами (не буду вдаваться в детали  ) останутся со мной на многие, многие годы как одни из самых теплых воспоминаний. Я очень и очень благодарна тете Жене за то, что она подарила мне эти 6 прекрасных дней. Жду с нетерпением ее новых идей.

31-8-2010  |  13:53
ŞƏRH YAZ
Adınız
Email ünvanınız
Düşündüklərini yaz
Cod
Elanlar
Dostlar
Yarışlar
Ekspedisiyalar
Tədbir
Yarış cədvəlləri
Müsahibələr
Elan
Klublardan yeniliklər
Video görüntülər
Mətbuatda
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatıuğurla başa çatıb www.ekspress.az
Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub www.palitranews.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.report.az
Buzadırmanma üzrə Açıq Azərbaycan Çempionatı başa çatıb www.trend.az
Buzadırmanma üzrə Azərbaycan çempionatı başa çatıb www.sputnik.az
arxivə bax
XƏBƏRLƏR
 20/11/2017 
İdman Dırmanması (Bouldering) üzrə Şəki turniri uğurla başa çatıb Daha ətraflı
 13/11/2017 
İdman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatıb Daha ətraflı
 10/11/2017 
İdman Dırmanmasının Boulderinq növü Üzrə Açıq Ölkə Çempionatı keçiriləcək Daha ətraflı
 25/10/2017 
Beynəlxalq Dağçılıq Federasiyasının (UİAA) növbəti Baş Assambleyası keçirilib Daha ətraflı
 16/10/2017 
Karabük şəhər təmsilçisi Cansu Nur Özkalp faciəli şəkildə vəfat etmişdir. Daha ətraflı
 12/10/2017 
4-5 Noyabr 2017-ci il tarixlərində İdman Dırmanması üzrə IV Şəki Şəhər Açıq Birinciliyi keçiriləcək Daha ətraflı
 10/10/2017 
İDMAN DIRMANMASININ BOLDERİNQ NÖVÜ ÜZRƏ AÇIQ ÖLKƏ ÇEMPİONATI Daha ətraflı
 2/10/2017 
Beşbarmaq qayalıqlarında Açıq Respublika Çempionatı keçirilib Daha ətraflı
Ətraflı bax
Statistika
» 3 Onlayn
» 203 Gün
» 1065 Həftə
» 4646 Ay
» 5196 İl
» 5196 Ümumi
Netty 2010 Nominant
  • Extremal
  • Rok Stoun
  • Climber
  • EXTRALİFE
  • Climb Club
  • Ekosport
  • Qerb Unv
  • İdman Akademiyası
  • Meteor
  • Kəmər Qaya
  • Çöl Bəbirləri
  • Gəncə
  • Qaya Qartallari
  • Babadaq
  • Zirvə
  • Xəzər Un
  • BDU
  • Zenit
  • Baki Avia
FederasiyaAvadanlıq - XidmətlərFederasiyanın həyatıMarşrutlar - XəritələrMəktəblərXilasetmə işləriKitabxana - BloqlarMəktub