Bütün klub üzvləri istisnasız olaraq nəinki yüksək fiziki hazırlıqları ilə fərqlənirlər, o cümlədən dözümlüyü, məqsədyönlü və çalışqanlığı ilə də diqqəti cəlb edirlər. Bu keyfiyyətlər təkcə yeni başlayanlar üçün deyil habelə bu idman növü ilə çoxdan və peşəkarcasına məşğul olananlar üçün də əsas şərtdir.
Məşql ər –kiçik, amma müvəffəqiyyətə doğru inamlı addımlardır.
Bilirsinizmi ki, müvəffəqiyyətin sirri daimi və inadlı məşqlərdədir? Məhz məşqlər bizə öz qüvvəmizə inanmağa, özümüzə güvənməyə, daim özümüzü birinci və ən güclü hiss etməyə imkan yaradır.Bu gün mən “RockStone” klubunun fəal üzvüyəm. Bizim məşqlərimiz mütəmadi olaraq Bakıxanov qəsəbəsi yaxınlığındakı qayalıqlarda keçirilir. Mübaliğəsiz deyirəm ki, əvvəlcədən mənə çox qorxulu görünürdü. Mən qorxurdum ki, nəyi isə düz etmərəm, səhv edərəm, geri çəkilərəm... Amma, mehriban kollektivimiz, onların mənəvi köməyi və özünə inam hər şeyi həll etdi. İndi artıq mənə elə gəlir ki, mən özümə güvənirəm, hündürlükdən qorxmuram və nəhayət anlayıram ki, müvəffəqiyyət tam və bütünlüklə mənim özümdən, mənim çalışqanlığımdan və qətiyyətimdən asılıdır.
YULİYA
|