Lakin güclü qar çovğunu və kəskin soyuq hava şəraiti ekspedisiyanı bir neçə gün gözləməyə məcbur etmişdir. Ekspediya iqlim və meteoroloji proseslərlə bağlı 300-dən artıq müşahidə-ölçmə işləri aparmış, elmi-tədqiqat işlərini həyata keçirmiş, yol boyu 2 kq-a qədər qiymətli geoloji nümunələr toplamışdır.
Ekspedisiyanın 12-ci günü Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə çatmaq mümkün olmuşdur. Dəniz səviyyəsindən 5140 metr yüksəklikdə yerləşən Vinson dağına yürüşü başa çatdıran ekspedisiya qrupu Azərbaycan bayrağını, eləcə də, bürünc lövhəni 12 yanvar 2009-cu il tarixdə Bakı vaxtı ilə saat 11-00-da Vinson dağının zirvəsinə sancmışdır.
Qeyd edək ki, bürünc lövhənin bir üzündə Ulu Öndər Heydər Əliyevin şəkli, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”sözləri, digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, “Azərbaycan İlhamla irəli” sözləri yazılmışdır. Hazırda ekspedisiya öz işini davam etdirir və Cənub qütbünə doğru irəliləyir.
Bu informasiya İridium peyk sistemi vasitəsi ilə çatdırılmışdır.
Fotolara bax
|