Federasiyamızın "Gilavar" İdman Klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışları ilə bağlı alınan acı xəbər FAİREXin bütün kollektivini və bütün Respublikanın idman ictimaiyyətini dərindən üzmüşdür. Azərbaycan gəncliyinin parlaq nümayəndələrindən və perspektivli dağçılardan olan hər üç gəncin xatirəsi daima yaddaşlarımızda qalacaqdır. FAİREX Kollektivi olaraq dağçılarımızın doğma və yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyirik. |