Azərbaycanda buzadırmanma idman növünü populyarlaşdırmaq məqsədi ilə 4 və 7 Fevral 2010-cu il aralığında Buzadırmanma üzrə I Beynəlxalq Turnir keçiriləcəkdir. Turnir Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə həyata keçiriləcək. Turnirlə maraqlananlar Hava və Ekstremal İdman Növləri Federasiyası və 012 5668372 nömrəli telefon vasitəsilə əlaqə saxlayaraq məlumat əldə edə bilərlər. |