Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası ekstremal idman növləri ilə məşğul olan və aktiv həyat tərzi keçirmək arzusunda olan hər kəs üçün açıq və doğma təşkilatdır. Mütəmadi təşkil olunan yarışlar və ekspedisiyalar, məşğələlər və digər tədbirlərin elanlarını və planlarını izləmək, federasiyanın həyatının təqvim planı ilə tanış olmaq imkanı yaradılıb. Federasiyanın həyatında aktiv bir hissəyə çevrilmək, federasiya tərkibindəki klublara üzv olmaq və tədbirlərdə iştirak etmək üçün sizin istənilən sualınıza cavab vermək bizim üçün xoşdur.
Siz saytın daimi və aktiv üzvünə çevrilin və bu aktivliyin gələcəkdə sizə yaradacağı imkanlardan istifadə edin. |