Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası sıralarındakı təcrübəli mütəxəssislər və texiniki imkanlar hesabına unikal layihələr həyata keçirir. Federasiya tərkibindəki xüsusui hazırlıq məktəbləri yeni başlayanlara əvəzsiz biliklər verir. Siz burada dağ idman növlərinin sirlərini, hava və su idman növlərinin özəlliklərini, avadanlıqlardan istifadənin qaydalarını, ilkin tibbi yardımı, çətin vəziyyətlərdə psixoloji hazırlığı və digər olduqca vacib bilikləri əldə edə bilərsiniz. Sizin təcrübəli ekstremallarla tanış və dost olma imkanınız var. Federasiyanın məktəblərə qəbul elanlarını izləyin və bu şansı qaçırmayın. |